Ordu.az xəbər verir ki, bu barədə CNN “BlackSky”nin peyk görüntülərinə istinadən məlumat yayıb.
Mayın 12-də saat 15:58-də peykdən çəkilmiş görüntüdə aviabazada ən azı 7 helikopterin olduğu görünür. Mayın 7-də səhər saat 06:02-də peykdən çəkilmiş görüntüdə yalnız bir helikopter görünür.
Nəşr yazır ki, aviabaza Rusiyanın işğal etdiyi ərazinin arxa hissəsində yerləşsə də, orada təyyarələrin qalması təhlükəsiz deyil.
Martın sonunda Ukrayna qüvvələri hava limanına uğurla hücum edərək bir neçə Rusiya hərbi helikopterini məhv edib.
Sevinc Əliyeva
Ordu.az