Ordu.az xəbər verir ki, bu barədə şirkətin 2021-ci il hesabatında qeyd edilib.
Tutacaqla 2 ədəd Mk-82 və Mk-83 tipli sursat daşımaq mümkün olacaq. Hazırlanacaq sistem Miniatür Bomba və buna bənzər sursatların istifadəsinə imkan verəcək.
Tutacaq “L3Harris” tərəfindən hazırlanmış BRU-57 sistemlərinə oxşar olacaq.
Təyyarənin bir asqısında 2 döyüş sursatı daşımağa imkan verən BRU-57 500-dən 1000 funt-a qədər ümumi təyinatlı bombalardan və AGM-154 JSOW sursatlarından istifadə edə bilər. BRU-57A konfiqurasiyasında eyni vaxtda iki müxtəlif sursat daşına bilər.
Sevinc Əliyeva
Ordu.az