Rusiya Çerniqovu atəşə tutmaq üçün Bryansk vilayətinə artilleriya toplayır

2022/05/rusya-1652423449.jpg
Oxunub: 221     12:01     13 May 2022    
Rusiya Çerniqov vilayətini atəşə tutmaq üçün Bryansk vilayətinin sərhəd rayonlarına əlavə bölmələr yerləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

“Severski istiqamətində Ukrayna-Rusiya sərhədinin Bryansk və Kursk vilayətlərindəki hissəsinin mühafizəsinin gücləndirilməsi üçün tədbirlər görülür. Mövcud məlumata görə, ruslar Bryansk vilayətinin sərhədyanı rayonlarına əlavə artilleriya bölmələri köçürür”, - deyə məlumatda bildirilir.

Ruslar Donetsk, Luqansk və Xerson vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və bu ərazilərlə Krım arasında quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmır. Eyni zamanda, Moldovanın Dnestryanı bölgəsində və Belarus ərazisində gərginliyi qoruyur.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin