Ukrayna Rusiyanın Donbas çayını keçmək cəhdinin qarşısını uğurla alıb

2022/05/1652421457.jpg
Oxunub: 332     09:55     13 May 2022    
“Rusiya qoşunları Kiyev və Çerniqov vilayətlərində yenidən qruplaşdırılsa da, ciddi irəliləyiş əldə edə bilməyiblər”.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya Sloviansk və Kramatorska istiqamətlərində irəliləyiş əldə etməyə çalışır. Ukrayna qüvvələri Rusiyanın Donbas çayını keçmək cəhdinin qarşısını uğurla alıb. Rusiya qoşunları Severskiy Donets çayını keçmək istəyərkən ən azı bir batalyon taktiki qrupunun texnikasını itirib. İndi bu çayları keçmək çox risklidir. Belə cəhdlər Rusiya komandirlərinin Ukraynanın şərqindəki əməliyyatlarda irəliləyiş əldə etmək üçün təzyiq altında olduğunu göstərir”, - nazirlikdən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin