Ordu.az xəbər verir ki, bunu Ermənistanın Diasporla İş üzrə Ali Komissarlıq Aparatının Diaspor Potensial Xəritəçəkmə və Cəlbetmə İdarəsinin Potensial cəlbetmə şöbəsinin rəhbəri Amalya Karapetyan deyib.
Onun sözlərinə görə, Mariupolda neçə erməninin olması barədə təsdiqlənmiş məlumat yoxdur.
“Hazırda şəhərdə nə qədər erməninin olduğunu söyləmək çox çətindir, çünki hazırda icmada bizim ofis üçün etibarlı məlumat mənbəyi ola biləcək erməni strukturu yoxdur”, - deyə Karapetyan qeyd edib.
Əvəzində Karapetyan əmin edib ki, Mariupol şəhəri demək olar tamamilə Rusiyanın nəzarəti altındadır.
“Şəhər tədricən normal həyata qayıdır. Məktəblər və uşaq bağçaları yenidən açılır, əhalinin bir hissəsi öz evlərinə qayıdır. Həmin əhali arasında ermənilərin də olacağını istisna etmirik”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az