“1in.am”: Ohanyanın bəyannaməsi və Vahaqn bölgəsindəki şəxsi evin “sirri”

2022/05/Untit-1652353139.jpg
Oxunub: 428     14:05     14 May 2022    
İllərdir Ermənistan mətbuatı keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının deputatı Seyran Ohanyanın mülkləri, xüsusən də şəxsi evi barədə yazır, buna cavab olaraq Ohanyan belə şayiələri həmişə təkzib edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, hələ 2017-ci ildə keçirdiyi mətbuat konfransında Ohanyan Vahaqn bölgəsində şəxsi evinin olması ilə bağlı məlumatları təkzib edib, onun əmlakı ilə bağlı mətbuatda yazılanların həqiqətə uyğun olmadığını iddia edib.

““Faktların Yoxlama Platforması” Ohanyanın əmlakını araşdırıb, deputatın illər öncə verdiyi açıqlamaların nə dərəcədə etibarlı olduğunu öyrənməyə çalışıb. 2021-ci ilin yanvarında Seyran Ohanyan baş prokuror Artur Davtyana açıq məktub göndərərək məktubda onun və ailə üzvlərinin Vahaqn bölgəsində heç bir binaya malik olmadığını qeyd edib. Halbuki həmin bölgədə Ohanyana aid edilən fərdi evlərdən biri ilə bağlı mətbuatda onlarla yazı dərc olunub. Hazırda sözügedən evlər tamamlanmaq üzrədir”, - deyə nəşr bildirib.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə açıqlamasında Ohanyanın mülkünə toxunaraq deyib: “Seyran Ohanyan Vahaqn bölgəsindəki dəbdəbəli evin hansı biznes vasitəsləri ilə inşa edildiyini izah edə bilər?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin