Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Vahid Ermənistan Partiyasının sədri, ölkənin parlamentinin deputatı Artur Qazinyan yazıb.
“Biz müqavimət göstərmirik, üsyan etmirik, hakimiyyətdən izahat verməyi, bu siyasi anomaliyaya aydınlıq gətirməyi tələb etmirik. Bu, hər hansı bir erməninin milli ləyaqətini alçaldır, çünki şüurlu insan yaxşı başa düşür ki, bizim üçün taleyüklü qərarlar İlham Əliyev və Ərdoğanın ofisləri tərəfindən verilir, elan edilir və Nikol Paşinyan sadəcə olaraq başını aşağı salaraq o qərarları yerinə yetirir. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistan azərbaycanlıların yaşamalı olduğu 8 kəndi, azərbaycanlıların gömrük məntəqələri yaratmalı və erməni avtomobillərindən rüsum götürməli olduğu 2 dövlətlərarası yolu qaytarmalıdır. Bu, erməni dövlətinin, erməni millətinin və erməni xalqının sonudur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az