Radikal erməni din xadimi: “Bizim təhvil veriləsi torpağımız yoxdur, qaytarılası torpağımız var”

2022/05/79487-1652353006.jpg
Oxunub: 2280     15:30     13 May 2022    
“Bu, sadəcə olaraq, utanc və şərəfsizlik məsələsidir. Mən artıq bir dəfə demişəm, bir daha deyirəm, fərqi yoxdur, ərazilər, torpaqlar Tavus bölgəsindən təhvil veriləcək, yoxsa ölkəmizin başqa yerlərindən olacaq, belə bir addım atacaq şəxslərin hamısı öz siyasi və mənəvi qəbirqazanına çevriləcək”.

Ordu.az xəbər verir ki, bunu Tavus bölgəsinin yeparxiyasının lideri, arxiyepiskop, radikal erməni din xadimi Baqrat Qalstanyan deyib.

Mayın 10-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdi ki, anklavların qaytarılması məsələsi Ermənistanla demarkasiya prosesi kontekstində həll edilməlidir.

Baqrat Qalstanyan buna toxunaraq bildirib ki, Azərbaycanın yüksək rütbəli rəsmisinin bəyanatından xəbərdardır.

“Lakin təəccüblənirəm ki, niyə indiyə qədər Ermənistan tərəfi tərəfindən heç bir rəsmi cavab və ya şərh verilməyib. Bizim təhvil veriləsi torpağımız yoxdur, qaytarılası torpağımız var, istər Tavusdan, istər Loridən, istər Basarkeçərdən, istər Zəngəzurdan, istərsə də Qarabağdan olsun, bu məsələni ləyaqətli erməni müzakirə etmir. Demarkasiya və ya delimitasiya adı altında torpaqların təhvil verilməsi ilə bağlı bu təşəbbüs mənim üçün qəbuledilməzdir. O torpaqların sadəcə otlaq və ya torpaq olduğunu deyəndə bu, onların hərəkətini daha qəbuledilməz edir. Bizim torpağımızda birbaşa veriləcək torpaqlar yoxdur, bunu hamı bilməlidir, o cümlədən Azərbaycan bilməlidir. Torpağımız müqəddəsdir, onun hər bir hissəsi heç şübhəsiz bizim mülkümüzdür”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazax  


Bizi "telegram"da izləyin