“Armenian info”: Hakimiyyət dəhlizlərində Nikolun yerinə namizədin tapılması məsələsi müzakirə olunur

2022/05/79488-1652352950.jpg
Oxunub: 371     15:12     13 May 2022    
“Tiqran Avinyan hakimiyyəti götürməyə hazırlaşır? Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmiləri Tiko Avinyanla görüşüblər, yeni metro stansiyalarının və elektrik avtobuslarının tətbiqi üçün maliyyə məsələlərini müzakirə ediblər”.

Ordu.az xəbər verir ki, bu barədə “Armenian info” “Telegram” kanalı yazıb

Qeyd olunub ki, Avinyan İrəvanda “Acapnyak” metrostansiyasının inşası, həmçinin “Petak” ticarət mərkəzinin yaxınlığında aralıq stansiyanın tikintisi ilə paralel olaraq Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə pul toplayır.

“250 yeni elektrik avtobusunun alınması planlaşdırılır. Proqramların nə dərəcədə real olduğu və ya nə vaxt həyata keçiriləcəyi, təbii olaraq ayrı söhbət mövzusudur. Burada ən önəmlisi Avinyanın yeni roludur. 2021-ci il seçkilərindən sonra kölgədə işləyən Avinyan, əslində, üzə çıxır. Sual yaranır, niyə? Onun İrəvan sakinlərinə təmənnasız xidmət etdiyi üzə çıxıb, yoxsa hakim fraksiyanın sahiblərinin uzaqgörən siyasi məqsədləri var və Avinyanın sırf müsbət istiqamətdə getməsi həmin məqsədlərə çatmağa hesablanıb? Hakimiyyət dəhlizlərində Nikolun yerinə namizədin tapılması məsələsinin müzakirə olunduğu, iki nəfərin, Papikyan Suro və Tiko Avinyanın “ehtiyat” namizədlər olmasından söhbət getdiyi bildirilir”, - deyə kanal bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin