“Past”: Paşinyan hökuməti Türkiyə-Azərbaycan birliyinin tələblərinə müqavimət göstərə bilmir

2021/09/turki-1631703731.jpg
Oxunub: 327     14:58     13 May 2022    
Artıq xeyli vaxtdır ki, müxalifətin təşəbbüsü ilə yaradılan “Müqavimət” hərəkatı hakimiyyət dəyişikliyinə nail olmaq üçün yürüşlər, mitinqlər və müxtəlif itaətsizlik aksiyaları həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, müxalifət hakimiyyət dəyişikliyi ilə Ermənistan ətrafındakı vəziyyəti düzəltməyə çalışır, lakin hakimiyyət dəyişikliyi özlüyündə son ola bilməz.

“Ötən gün “Müqavimət” hərəkatı adından daxili və xarici çağırışlara cavab vermək üçün aydın ümumerməni gündəmlərinin formalaşacağı açıqlanıb. Müxalifətin fikrincə, hakimiyyət sisteminə peşəkarların cəlb edilməsi yüksək səviyyəli danışıqlar qrupunun yaradılmasına imkan verməlidir, bu qrup Azərbaycan və Türkiyə ilə məğlubiyyət mövqeyindən deyil, sırf milli-dövlət maraqları mövqeyindən danışacaq. Dövlət idarəçiliyi nöqteyi-nəzərindən ola bilsin ki, müxalifət Baş naziri əsas məsələlərlə bağlı birtərəfli qərarlar qəbul etməkdən kənarda qoymaq niyyətindədir. Buna əsasən, Baş nazirin fövqəl səlahiyyətləri məhdudlaşdırılacaq, real parlament idarəçiliyi mexanizmləri tətbiq olunacaq. Paşinyan Qarabağı Azərbaycan tərkibində buraxmaq haqqında danışıb, lakin Bakı dayanmayıb, əksinə, yeni tələblər irəli sürüb. Təsadüfi deyil ki, indi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov anklavların - Qazax vilayətinin 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycanın ərazisi olduğunu bildirir. Təsadüfi deyil ki, İlham Əliyev bu yaxınlarda 1920-ci ilin xəritəsinə görə İrəvan və Zəngəzurun Azərbaycan ərazisində olduğunu vurğulamışdı. Yəni, gördüyümüz kimi, rəqibin istəyi durmadan artır, bundan sonra da artacaq və Nikol Paşinyan hökuməti sadəcə olaraq Türkiyə-Azərbaycan tandeminin tələblərinə müqavimət göstərə bilmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Türkiyə  


Bizi "telegram"da izləyin