Erməni ekspert: “Ermənistan və Azərbaycan hakimiyyətinin tezisləri bir otaqda yazılıb”

2022/05/timth-1652352887.jpg
Oxunub: 387     12:38     14 May 2022    
“Mayın 9-dan etibarən Azərbaycandan Ermənistanla barışıqla bağlı, eləcə də etirazçılarla bağlı reaksiyalar gəlməkdədir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Qarnik Davtyan deyib.

Onun sözlərinə görə, belə təəssürat var ki, Ermənistan və Azərbaycan hakimiyyətinin tezisləri bir otaqda yazılıb.

“Böyük ehtimal və əminliklə deyə bilərəm ki, Ermənistanın təklifləri Ermənistanın maraqlarına uyğun deyil. Bunlar alt bəndlər kimi Azərbaycanın 5 bəndi altında yer alacaq. Problemlərimizin həll olunacağına əmindirlərsə, təklifləri ictimailəşdirsinlər. Ermənistan hakimiyyəti bu bəndlərin dərcindən sonra müxalifətin mitinqinin daha da kəskinləşəcəyini yaxşı bildiyi üçün onları dərc etmir. Ümumiyyətlə, Azərbaycanın təklif etdiyi 5 bənd və Ermənistan hakimiyyətinin təklif etdiyi 6 bənd son 2 ildə həllini tapmayan müxtəlif məsələlərin məntiqinə tam uyğun gəlir”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin