Erməni politoloq: “Xankəndidə baş tutmuş yürüşü müsbət qiymətləndirə bilməz”

2022/05/99-30-1652352751.jpg
Oxunub: 541     14:43     13 May 2022    
Qarabağda 9 May münasibəti ilə Sovet İttifaqı bayrağı altında keçirilən kütləvi yürüş internetdə yayılıb.

Erməni politoloq Robert Gevondyan bildirib ki, ağlı başında olan adam Xankəndidə baş tutmuş yürüşü müsbət qiymətləndirə bilməz.

Onun sözlərinə görə, Xankəndidə təşkil edilmiş yürüşdə sovet simvolları əvəzinə heç olmasa rus simvolları olsaydı, yaxşı olardı.

Digər bir erməni politoloq Ruben Mehrabyan qeyd edib ki, Qarabağda yürüş müəlliflərinin beynindəkinin nə olduğunu təsəvvür etmək çətindir.

“Bu ağılla dövlət məsələləri ilə məşğul olurlar, ona görə də vəziyyət belədir. Ermənistan hakimiyyəti bu gün ölkə daxilindəki vəziyyətə laqeyd yanaşır, ona görə də Rusiya öz agentləri ilə Moskvanın göstərişi ilə küçələrdə dolaşır”, - deyə Mehrabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Yürüş  


Bizi "telegram"da izləyin