Erməni siyasi xadim: “Küçədə demokratiya və avtoritarizmin toqquşması var”

2019/04/ireva-1554548333.jpg
Oxunub: 244     13:30     13 May 2022    
“Küçədə demokratiya və avtoritarizmin toqquşması var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının siyasi şurasının üzvü Artaşes Xalatyan deyib.

Onun sözlərinə görə, Ermənistanda başlayan mitinqdə xalqın etimadını qazanan liderlik yoxdur.

“Bu gün müxalifətin qarşısında meydanda marginallaşmamaq, simanı saxlamaq vəzifəsi var”, - deyə Xalatyan qeyd edib.

Erməni siyasi xadim bildirib ki, mitinqə görə müxalifət heç bir siyasi divident qazanmır.

Tehranda nəşr olunan “Araks” qəzetinin baş redaktoru Movses Keşişyan isə deyib ki, Daşnaksütun təşkilatı danışmağa haqqı olmadığı şeydən danışır.

“Onlar diasporu daxili siyasi təzahürlərə cəlb etməyə çalışırlar. Daşnaksütun diaspor adından danışa bilməz. Diasporun müxalifətin tərəfində olduğunu göstərməyə çalışırlar, amma belə deyil. Daşnaksütun diasporu cəlb etməklə Ermənistanı xaricdə vurmağa çalışır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin