“Joğovurd”: Penitensiar Xidmətdə uyğunsuzluqlar aşkarlanıb

2022/05/1652350595.jpg
Oxunub: 253     12:28     13 May 2022    
Fevralın 14-dən aprelin 30-dək Ermənistan Hesablama Palatası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində araşdırmalar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan Hesablama Palatası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində bir sıra uyğunsuzluqlar aşkar edib.

“Yemək hazırlanması üçün nəzərdə tutulmuş kommunal ödənişlərin, yeməkxana, mətbəx işçilərinə və köməkçilərə, işləyən məhkumlara maaşların paylanması prosesində təhriflərə yol verildiyi bildirilir. Bu xərclər müqavilədə nəzərdə tutulmayan tədarükçünün əvəzinə cəzaçəkmə müəssisəsi tərəfindən ödənilib. Söhbət 5,5 milyon dramdan çox gedir. Bizə məlum olub ki, 2021-ci ildə su təchizatı və drenaj xərcləri müəyyən edilmiş normaları üstələyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Penitensiar-Xidmət   Ermənistan  


Bizi "telegram"da izləyin