Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, səbəb Ermənistan Baş naziri Nikol Paşinyanı müşayiət edən polis avtomobilinin vurması nəticəsində gənc hamilə qızın ölməsidir.
“Məsələ burasındadır ki, prokurorluq göstəriş verib, lakin İstintaq Komitəsi ona əməl etməmək qərarına gəlib. Məlum olduğu kimi, 2022-ci il aprelin 29-da icraatı həyata keçirən orqan gənc qızı avtomobillə vurmuş polis mayoru A.Navasardyanın Ermənistan Cinayət Məcəlləsinin 244-cü maddəsinin 1-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə qərar qəbul edib. Bu qərardan sonra hüquq-mühafizə sistemində mübarizə başlayıb. İşə nəzarət edən prokuror komitənin müstəntiqindən həmin qərarların ləğv edilməsini, sürücünün hadisə yerindən getməsinin araşdırılmasını və həbs barədə vəsatətlə bağlı məsələnin müzakirəsini tələb edib. Bu göstəriş komitənin xoşuna gəlməyib və onlar prokurorluqla qızğın müzakirə aparıb, etirazlarını bildiriblər, lakin etiraz prokurorluq tərəfindən rədd edilib. İki hüquq-mühafizə orqanı arasında mübahisənin cinayət işinin Milli Təhlükəsizlik Xidmətinə göndərilməsinə qərar veriləcəyi həddə çatacağı istisna edilmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az