Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqlayıb

2022/04/16475-1650871243.jpg
Oxunub: 336     12:18     12 May 2022    
Rusiya aviasiyası Ukraynanın Odessa vilayətində S-300 zenit-raket kompleksini idarə edən radiolokasiya stansiyasını, Xarkov vilayətində silah anbarını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə bildirib.

"Əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbə endirib. Bundan əlavə, Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi üçün radar idarəedici stansiyası, Xarkov vilayətinin Krasnopavlovka rayonunda raket və artilleriya silahları anbarı məhv edilib.

Raket və artilleriya qoşunlarının bölmələri canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 405 ərazini, atəş mövqelərində 12 komanda məntəqəsini və 26 artilleriya bölməsini vurub. Xarkov vilayətinin Korotiç rayonunda S-300 zenit-raket kompleksi, Donetskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus “Smerç” reaktiv yaylım atəş sistemlərinin üç buraxılış qurğusu və iki silah-sursat anbarını məhv edilib", - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov indiyədək Ukrayna tərəfinin hərbi itkiləri barədə məlumatı da açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna tərəfinin 164 təyyarə, 125 helikopter, 821 pilotsuz uçuş aparatı, 303 zenit-raket kompleksi, 3013 tank və digər zirehli döyüş maşını, 364 reaktiv yaylım atəşi sistemi, 1471 səhra artilleriya qurğusu və minaatan, 2824 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin