Erməni deputat: “Baş nazir anklavlarla bağlı şifahi razılığa gəlib”

2022/05/timth-1652340229.jpg
Oxunub: 453     14:26     13 May 2022    
“Noyabrın 9-da verilən bəyanatın orijinal mətnində Tavuş bölgəsindəki 7 kəndin adı çəkilsə də, sonradan mətn dəyişdi, amma Paşinyanın anklavlarla bağlı şifahi razılığa gəldiyini düşünməyə əsasım var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistanda geri qaytarılası heç bir anklav yoxdur.

Qriqoryan qeyd edib ki, yeni güzəştlərə yol verməmək vacibdir.

“Əgər siz Nikolun hakimiyyətdə qalmasına razısınızsa, o zaman istər-istəməz Qarabağın Azərbaycanın tərkibinə daxil olmasına, ölkənizin ərazilərinin Azərbaycana verilməsinə razılaşırsınız”, - deyə erməni deputat bildirib.

Mövcud hakimiyyəti kimin əvəzləyəcəyinə gəlincə, erməni deputat vurğulayıb ki, fərdlər ictimai etimad baxımından çox önəmli olsa da, onların hansı problemləri həll edəcəyi də az əhəmiyyət kəsb etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavuş  


Bizi "telegram"da izləyin