Ordu.az xəbər verir ki, onların arasında 22 yaşlı erməni hərbi qulluqçu Soğomon Vardanyanın valideynləri də var.
Vardanyan beş ay idi itkin düşmüş hesab edilib və 2021-ci il fevralın 18-də valideynlərinə DNT araşdırması vasitəsilə Soğomonın qalıqlarının tapıldığı barədə rəsmi məlumat verilib.
Ailə övladının başına gələnlərlə bağlı ziddiyyətli məlumatlar alır, lakin erməni hərbi qulluqçunun son günləri və hansı şəraitdə vəfat etməsi ilə bağlı hələ də dəqiq məlumat tapmaq mümkün deyil.
Soğomon Vardanyan Qubadlıda qulluq edib. O, sonuncu dəfə oktyabrın 1-də yaxınlarına zəng edib. Valideynləri öyrənə biliblər ki, o, oktyabrın 4-ü səhərə qədər Cəbrayılda döyüşüb, oradan geri çəkilib və bir könüllüyə kömək edib.
Rəsmi məlumatlara görə, erməni hərbi qulluqçunun qalıqları 2021-ci il yanvarın 16-da tapılıb, lakin onun ölümünün dəqiq tarixi göstərilmir.
Alpər Mövludoğlu
Ordu.az