“Hraparak”: Paşinyan Ohanyan və ya Vanetsyanı həbs etdirə bilər

2021/08/timth-1630310222.jpg
Oxunub: 269     10:45     13 May 2022    
Müxalifət dalğasının cüzi də olsa zəifləməsi halında hakimiyyət tez bir zamanda əks tədbirlərə başlayacaq, məsələn, hərəkatın liderlərini toxunulmazlıqdan məhrum edib həbs edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə generalların həbsi ilə bağlı qeyri-qanuni göstərişlər verməkdə zəngin təcrübəyə malik olduğundan, o, məsələn, parlamentin müxalifət fraksiyalarının liderləri olan Seyran Ohanyana və ya Artur Vanetsyana da bunu edə bilər.

“Digər sual isə budur ki, istintaq orqanları heç olmasa bu dəfə qanunsuz göstərişlərə əməl etməməkdə özlərində cəsarət tapacaqmı? İndiki mərhələdə MTX-nin, məsələn, general-polkovniki necə həbs edəcəklərini təsəvvür etmək çətindir. Əvəzində Milli Təhlükəsizlik Xidmətinin direktoru və baş prokuror açıq-aşkar dövlətə xəyanətdə ittiham olunan Nikol Paşinyanı asanlıqla həbs edə bilərlər. Paşinyan Ermənistan tarixinin bir çox əleyhdarları arasında bir məsələdə misilsizdir: o, dövlətimizin yeganə lideridir ki, əzəli rəqib olan Türkiyə ona ən yüksək dövlət səviyyəsində dəstəyini ifadə edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ohanyan  


Bizi "telegram"da izləyin