“1in.am”: Ermənistanda küçə itaətsizliyinin “görünməz” əli

2022/05/CM7F6-1652339600.jpg
Oxunub: 213     11:59     13 May 2022    
Formal mənada parlamentə mənsub olan, de-fakto olaraq isə əsasən parlamentdən kənar olan müxalifət qüvvələrinin küçə etirazları ziddiyyətli təəssürat yaradır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, bir tərəfdən görünür ki, bu aksiyaların təşkilatçıları bəlkə də haqlı olsalar da, ictimaiyyətin heç bir dəstəyini almırlar.

“Əvvəla, çoxları narazıdır ki, indiki hakimiyyət iyirmi ildən artıqdır ictimai və dövlət resursları hesabına toplanmış sərvətlərin ictimaiyyətin və dövlətin ehtiyaclarına qaytarılması istiqamətində kifayət qədər addımlar atmır. İctimaiyyətin böyük bir hissəsi ümumilikdə hakimiyyətin səmərəliliyindən narazıdır, bununla belə, 2018-ci ilin may ayına qədər hakimiyyətdə olan və hazırda müxalifətdə olmağa çalışan idarəetmə sistemini öz narazılığının “borusu” kimi nəzərdən keçirmir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Ermənistanda baş verənlər artıq “çirkli su”dur, bu “çirkli su”da balıqçılıqla bu prosesləri təşviq edən “görünməz” əl məşğul ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İtaətsizlik  


Bizi "telegram"da izləyin