Ordu.az xəbər verir ki, Cəbrayılda gedən döyüşlərdə iştirak edən Armenin dediyinə görə, təyyarənin raket zərbələri nəticəsində səhhətində problemlər yaranıb.
“Təyyarə ilə bizi vurdular, səngərə düşdük. Üç metr məsafədə dostumun ürəyinin necə vurduğunu eşidirdim. Mən də dedim ki, ay Allah, yaralanım, amma sağ qalım, üç uşağım var. Zərbədən sonra ağzımdan qan gəlməyə başladı, lakin bədən xəsarətləri almamışdım. Elə olub ki, bir gündən artıq səngərdən çıxmamışıq, çünki PUA dolaşırdı”, - deyə erməni müharibə iştirakçısı qeyd edib.
Müharibə nəticəsində Armen Hakobyan ikinci qrup əlillik alıb. O, iki dəfə əməliyyat olunub və düz bağırsağı çıxarılıb.
“Stressdən səhhətimdə problemlər yarandı, ağzımdan qan gəldi, Sisian xəstəxanasına aparıldım, kömək etmədilər. Həkimlər əvvəlcə bunun müharibə stresindən olduğunu dedilər, sonra fikirlərini dəyişdilər və yoğun bağırsağımda şiş olduğunu dedilər”, - deyə o qeyd edib.
Erməni müharibə iştirakçısı bildirib ki, Ermənistanın müharibədə məğlub olmasının ən böyük səbəbi silah çatışmazlığı olub.
“Ən böyük səbəb silah çatışmazlığı idi. Minaatan və avtomatdan başqa heç nəyimiz yox idi. Hava Hücumundan Müdafiə sistemi pis vəziyyətdə idi”, - deyə Hakobyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az