“Ermənistanla Azərbaycan arasında hər an gərginlik yarana bilər” - Hovhannisyan

2022/05/29ea6-1652339274.jpg
Oxunub: 386     11:17     13 May 2022    
“Azərbaycan və Türkiyə öz məqsədlərinə güclə nail olmağa çalışacaqlar. Bakının 7 kənd ilə bağlı açıqlamaları təsadüfi deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovhannisyan bildirib.

Onun sözlərinə görə, hər an gərginlik yarana bilər və belə bir vəziyyətdə Ermənistanın nə etməli olduğunu anlaması vacibdir.

“Dövlət müqavimətinin səviyyəsini kəskin şəkildə artırmaq lazımdır”, - deyə Hovhannisyan qeyd edib.

Keçmiş erməni deputat deyib ki, Ermənistanda aqressivliyin kəskin artması müşahidə olunur.

“Səlahiyyətlilər bu yolverilməz hadisəyə görə müxalifəti günahlandırırlar, lakin vəziyyətin gərginləşməsinə məhz onların hərəkətləri səbəb olub. Müqavimət hərəkatı nəticəsində cəmiyyətdə mövcud iqtidarın total inkarı formalaşsa da, onun aradan götürülməsi mexanizmləri hələ aydın deyil. Buna görə də hərəkatın məzmununun dəyişikliklərin həyata keçirilməsi zərurətinə çevrilməsi vacibdir”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müqavimət  


Bizi "telegram"da izləyin