Ordu.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Pxenyanın raket sınaqları ilə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
“Şimali Koreya da yeddinci nüvə sınağına hazırlaşmaq üçün öz nüvə poliqonunun yenidən qurulması üzrə iş aparır”, - deyə o bildirib.
Tomas-Qrinfild bildirib ki, raket sınaqlarına görə KXDR-ə qarşı yeni sanksiyaların tətbiqinə dair ABŞ-ın təklif etdiyi BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi üzrə danışıqlar başa çatmaq üzrədir.
Ordu.az