“Dağlarda toy” ideoloji və nisbi baxımdan mümkünsüzdür” – Ohanyan etiraf etdi

2021/08/timth-1630310222.jpg
Oxunub: 5677     14:53     10 May 2022    
“Müxalifətin təşkil etdiyi aksiyalarda iştirak edənlərin sayının artmaması ilə bağlı fikirlərlə razılaşmıram”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, deputat Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, bir həftədir ki, İrəvanda və bölgələrdə müxtəlif aksiyalar keçirilir.

“Bir həftədir ki, biz İrəvanda və regionlarda müxtəlif aksiyalar keçiririk. Və siz görmüsünüz ki, kifayət qədər çox insan toplaşır”, - deyə Ohanyan bildirib.

Sabiq müdafiə naziri vurğulayıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründə danışıqlar prosesi uğursuz olmayıb, müxtəlif sənədlər olub.

O qeyd edib ki, “Müqavimət” hərəkatının dönüş nöqtəsi artıq keçib.

“Bu gün vəziyyət başqadır, bayramı əlimizdən alıblar. Bütün bunlardan nəticə çıxarmalı, baş vermiş nöqsanlardan dərs almalıyıq. Ən böyük dərs odur ki, dövlət idarəçiliyi sistemi dövləti hərbi cığırda apara bilməyib, qanunverici orqan birləşərək lazımi nəzarəti həyata keçirə bilməyib”, - deyə erməni deputat bildirib.

Ohanyan əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra “Dağlarda toy” (ermənilərin Şuşanın işğal edilməsinə verdikləri ad – red.) ideoloji və nisbi baxımdan mümkünsüzdür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Şuşa  


Bizi "telegram"da izləyin