ABŞ havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin tədarükünü sürətləndirir

2022/05/E-7-A-1652167995.jpg
Oxunub: 417     12:52     10 May 2022    
ABŞ E-3 “Sentry” AWACS (havadan erkən xəbərdarlıq və idarəetmə) təyyarə parkını əvəz edəcək yeni E-7 “Wedgetail” təyyarələrinin tədarükünə lazım olan vaxtı qısaltmaq üçün yollar axtarır.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri yazıb.

2021-ci ilin noyabrında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-3 “Sentry” AWACS təyyarəsinin qeyri-kafi olduğu və bu təyyarələrin yeniləri ilə əvəz ediləcəyi açıqlanıb. Ötən ayın sonu ABŞ E-7 “Wedgetail” təyyarələri alacağını bildirib.

Açıqlamadan sonra may ayının ilk həftəsində dövlət orqanlarından istehsalın və çatdırılmanın çox uzun çəkəcəyini və illik maliyyə planlarının pozula biləcəyini əsas gətirərək istehsalın sürətləndirilməsini tələb edib.

ABŞ Hərbi Hava Qüvvələrinin E-7 “Wedgetail”i seçməsindən sonra ilk təyyarələrin 2027-ci maliyyə ilinə qədər hazır olacağı proqnozlaşdırılır. Birləşmiş Ştatlar 2023-cü maliyyə ili üçün “Boeing” ilə müqavilə imzalamağı planlaşdırır və tezliklə 2023-cü maliyyə ili büdcəsi çərçivəsində tələb olunan 227 milyon dollarlıq inkişaf fondundan istifadə edərək ilk “sürətli prototip təyyarənin” alınmasını maliyyələşdirməyə başlayacaq. İkinci prototipin 2024-cü maliyyə ili ərzində maliyyələşdirilməsi, ardınca isə 2025-ci ildə istehsal qərarının verilməsi planlaşdırılır.

E-7 “Wedgetail” 2009-cu ildə istehsal edilib. Təyyarə hazırda 4 ölkə tərəfindən istifadə olunur və ölkələrə xas 4 fərqli konfiqurasiyaya malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin