Ukrayna MN: Rusiyanın kimya zavodlarında təxribat törədəcəyi istisna deyil

2022/05/78789-1651584964.jpg
Oxunub: 312     10:11     10 May 2022    
“Rusiya Silahlı Qüvvələri aviasiya qrupunun əsas səylərini şərqi əməliyyat zonasına - Slobozhansky, Donetsk istiqamətlərində və “Azovstal” zavodu ərazisinə yönəldib. Bütün təmas xətti boyunca artilleriya hücumu davam edir”.

Ordu.az xəbər verir kii, bu barədə Ukrayna Müdafiə Nazirliyinin ölkədəki durumla bağlı gündəlik operativ məlumatında bildirilib.

“Onların Ukraynanın bütün ərazisində mülki və hərbi infrastruktura raket zərbələri endirmələri mümkündür. Həmçinin qarşı tərəfin Ukraynanının kimya zavodlarında təxribat törətmək ehtimalı istisna deyil. Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin bəzi bölmələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir. Şimal istiqamətində isə düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Rusiya ordusu hava kəşfiyyatını davam etdirir. İzyum istiqmətində qarşı tərəfin maddi-texniki, o cümlədən silah-sursat təchizatı artırılır”, - nazirlikdən qeyd olunub.

Rəsmi informasiyaya əsasən, Rusiya ordusu Liman və Severodonetsk ərazilərində hücum əməliyyatlarına hazırlaşmaqda davam edir: “Luqansk vilayətinin Severodonetsk rayonunun Voevodivka, Toşkivka və Nıjne yaşayış məntəqələri, həmçinin Donetsk vilayətinin Yasinuvata rayonunun Kamyanka qəsəbələri uğrunda döyüşlər davam edir. Mariupolda qarşı tərəf artilleriya və hava zərbələri ilə “Azovstal” zavodunun infrastrukturunu məhv edir. Döyüşlər davam edir. Ötən sutka ərzində Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 15 hücumu dəf edilib. Həmçinin 1 zenit-raket kompleksi, 9 tank, 3 artilleriya sistemi, 25 zirehli döyüş maşını, 3 xüsusi mühəndis texnikası vurulub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin