Ordu.az xəbər verir ki, bu barədə “TASS”a dünya təşkilatındakı mənbə bildirib.
“ABŞ çərşənbə günü (11 may - Red) günortadan sonra görüş tələb edib”, - mənbə bildirib.
KXDR nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb. “Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, - KXDR bildirib.
Cənubi Koreya ordusu şimalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.
Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von isə bildirib ki, Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.
Ordu.az