Ukrayna BQ sutka ərzində rusların Donbasdakı itkilərini açıqlayıb

2022/05/_1240-1652083080.jpg
Oxunub: 556     12:25     09 May 2022    
Donbasda gün ərzində Ukrayna əsgərləri rusların 6 hücumunu dəf edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilir ki, Ukrayna ordusu Donetsk və Luqansk vilayətləri ərazisində son sutka ərzində düşmənin 6 hücumunu uğurla dəf edib.

Rusların 20 tankı, 1 artilleriya sistemi, 28 ədəd zirehli döyüş maşını, 1 xüsusi zirehli maşını məhv edilib.

Rusiya ordusunun 10 hava hədəfi, 6 “Orlan-10” və 1 “Forpost” tipli PUA-sı, habelə 3 qanadlı raketi vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin