Ordu.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazıb.
Nəşrin məlumatına görə, apreldə yunan gəmi sahiblərinin Rusiya neftinin daşınmasında payı əvvəlki illə müqayisədə üç dəfə artıb. Ümumilikdə aprel ayında Rusiya limanlarından 76-sı Yunanıstan bayrağı altında olmaqla 190 tanker yola düşüb.
Belə ki, aprelin sonunda “Nissos Rhenia” tankeri Rusiya neftini Hollandiya limanına yükləyərək Sinqapura yollanıb. Bundan əlavə, Hindistan, Çin və Cənubi Koreyaya daşınmaların sayı artıb.
OPEC-in məlumatına görə, Rusiya gündəlik 7 milyon barel neft və neft məhsulları ixrac edir.
Sevinc Əliyeva
Ordu.az