Türkiyə ordusuna “Mete” adlı yerli tapançalar təhvil verilib

2022/05/CANİ-1652082682.jpg
Oxunub: 2937     15:37     09 May 2022    
Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsinə “Mete” adlı yerli tapançalar təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında məlumat verib.

“Mete” tapançalarımızın tədarükünü davam etdiririk. Nəhayət, çoxlu sayda Mete” tapançasını təhlükəsizlik qüvvələrimizə çatdırdıq”, - deyə o qeyd edib.

Orijinal Yerli Tapança İnkişaf etdirmə Layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələri (TSQ) və Təhlükəsizlik Baş İdarəsi (EGM) şəxsi heyətinin silahlı xidmət səmərəliliyini artıracaq tapançanın dizaynı, kvalifikasiyası, inkişafı, istehsalı həyata keçiriləcək.

“Sarsılmaz” şirkəti tərəfindən hazırlanmış “TP9 SF Mete” tapançılarının Türkiyə Silahlı Qüvvələrində, Jandarma və Təhlükəsizlik Baş İdarəsində tətbiqi genişləndirilir. Silah yüksək temperatur sınaqlarını, sərt ekoloji şərait testlərini və aşağı temperatur testlərini uğurla başa vurub.

Təhlükəsizlik bölmələrinin yüngül və təsirli silaha sahib olması üçün istehsal edilən 9 mm diametrli “Mete” tapançaları polimer korpusa malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mete  


Bizi "telegram"da izləyin