“Defiant X” helikopterlərinə yeni mühərriklər inteqrasiya ediləcək

2022/05/defia-1652082597.jpg
Oxunub: 523     15:33     09 May 2022    
“Lockheed Martin”in törəmə şirkəti olan “Sikorsky-Boeing” tərəfindən hazırlanmış “Defiant X” helikopteri təkmil turboşaft mühərriki ilə təchiz ediləcək.

Ordu.az xəbər verir ki, 70 ildir CH-47 “Chinook” və MH-47 helikopterlərini gücləndirən T55 kimi, HTS7500 turboşaft mühərriki də “Honeywell” mühərrik seriyasının ən sonuncusudur.

Mühərrikin performansını və səmərəliliyini yeni səviyyəyə qaldıran HTS7500 T55 versiyasından 42% daha güclüdür və at gücü sinfində digər mühərriklər arasında ən aşağı ümumi çəkiyə malikdir. Bu o deməkdir ki, helikopter daha yüksək güc və daha aşağı çəki nisbəti ilə daha sürətli uça bilər.

FLRAA kimi tanınan ABŞ Ordusunun Gələcək Uzun Mənzilli Hücum Hava Platformaları layihəsi üçün hazırlanmış “Defiant X”in indiyə qədər istehsal edilmiş ən sürətli və manevr edə bilən hücum helikopteri olması planlaşdırılır. FLRAA proqramı orduya 2030-cu ilə qədər UH-60 “Black Hawk” parkını əvəz edəcək yeni helikopter hazırlamağa imkan verir.

“Defiant X” təkmilləşdirilmiş gövdə aerodinamikasına və istilik izlərini azaltmaq üçün təkmilləşdirmələrə sahib olacaq. Helikopterlər 2035-ci ilə qədər hazırlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Defiant  


Bizi "telegram"da izləyin