Çin silahlı qüvvələri Tayvan sularında hərbi təlimlər keçirib

2022/01/40330-1642747919.jpg
Oxunub: 586     07:14     09 May 2022    
Çin silahlı qüvvələri Tayvan adasının sahillərinin şərq və cənub-qərbindəki sularda hərbi təlimlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Onun WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd olunur ki, manevrlər HDQ və HHQ iştirakı ilə baş tutub. Təlimlərə adi başlıqlı raketlər cəlb olunub.

"Təlimlərin keçirilməsində məqsəd ümumqoşun əməliyyatlar zamanı müxtəlif qoşun növlərinin döyüş hazırlığının yoxlanılması və artırılmasıdır", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin