Portuqaliya Ukraynaya zirehli texnikalar göndərir

2021/11/mil-a-1638255055.jpg
Oxunub: 786     04:20     09 May 2022    
Portuqaliya hökuməti ABŞ-dan alınmış 15 ədəd M113A zirehli transportyorun Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə "Nascer do SOL" nəşri məlumat yayıb.

Santa Marqaridada yerləşdirilən zirehli avtomobillərin Kiyevə göndərilməsi Pentaqon tərəfindən istənilib.

Zirehli avtomobillər 1990-cı illərdə Avropada yerləşən Şimali Amerika hərbi personalının ixtisarı zamanı ABŞ-dan ucuz qiymətlərlə alınıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya hökumətindən “Leopard” tankları və digər hərbi texnikanın təhvil verilməsini xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Ukrayna  


Bizi "telegram"da izləyin