Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq.am” nəşri yazıb.
Qeyd olunub ki, 2021-ci ilin mayında Basarkeçər sektorunda Azərbaycan qoşunları ən azı 3200 hektar ərazidə irəliləyib.
“Təkcə Basarkeçər sektorunda, daha dəqiq desək, Böyük Qaraqoyunlu-Kəlbəcər yolundan Böyük Alagöl və Kiçik Alagölə qədər olan sərhəd sektorunda 2021-ci ilin mayında rəqib 32 kvadrat kilometr və ya 3200 hektar ərazidə irəliləyib”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədi Zod qızıl mədənindən Şərqi Göyçə dağ silsiləsi boyunca Böyük Alagöl və Kiçik Alagölə qədər uzanır.
“Onun ən yüksək zirvələrindən biri 3426 m yüksəklikdə olan dağdır. Ermənistan-Azərbaycan sərhədinin ayırıcı nöqtəsi olan bu dağ 2021-ci ilin mayında 3,8 km dərinlikdə rəqibin arxa cəbhəsinə düşüb. Yəni azərbaycanlılar həmin sektorda düz xətt üzrə 3,8 km-ə qədər irəliləyiblər. Dağın zirvəsindən bütün Basarkeçər bölgəsi, eləcə də Göyçə gölü müşahidə olunur, Göyçə gölündən bu dağa qədər 29 km, Basarkeçərin mərkəzindən isə məsafə 22 km-dir. Bu, lüləli artilleriya üçün tamamilə həssas ərazidir, reaktiv yaylım atəş sistemlərindən hələ danışmırıq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az