Ukrayna MN: Rusiyanın 25000-dən çox canlı qüvvəsi məhv edilib

2022/03/134f8-1648216896.jpg
Oxunub: 445     11:43     07 May 2022    
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəşi sistemi, 84 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1934 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 341 PUA-sı, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 25100-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   İtkilər  


Bizi "telegram"da izləyin