Ukrayna orijinal sistemləri ilə Rusiya zirehli texnikalarına ağır zərbələr endirir

2022/05/FRr7n-1651908259.jpg
Oxunub: 613     12:05     07 May 2022    
Ukrayna Ordusu yeni üsullar inkişaf etdirərək Rusiya ordusuna qarşı öz inventarında olan köhnə tipli qumbaraatanlardan (RKG-3) istifadə etməyə başlayıb.

Ordu.az xəbər verir ki, Ukrayna Quru Qoşunları üçün sursatların kiçik PUA-lara inteqrasiyasında mühüm rol oynayan “Aerorozvidka” bölməsinin paylaşdığı fotolarda Ukraynanın yenilikləri necə inkişaf etdirdiyi görünür.

Ukrayna istehsalı olan oktokopterin (səkkiz mühərrik və pərli PUA) aşağı gövdəsinə inteqrasiya olunmuş iki kiçik bomba müşahidə etmək olar. Bu bombalar döyüş maşınlarına zərbə endirmək üçün istifadə olunur.

Bu bombalar əslində Ukraynanın inventarında olan Sovet dövründən qalma RKG-3 tank əleyhinə qumbaraatanlardır. Ukrayna bu bombalara 3D printerlər vasitəsilə quyruq əlavə edir. Bu quyruqlar sayəsində PUA-lardan buraxılan bombalar hədəflərinə daha stabil çatır.

RKG-3 olduqca köhnə döyüş sursatıdır. Onun istehsal tarixi 1950-ci illərə gedib çıxır. Qumbara kimi atılacaq qədər yüngül və kiçikdir. Yeni əlavə edilmiş hissələrlə döyüş sursatı qalınlığı 20 sm-dən çox olan zirehləri deşmək gücünə malikdir.

Ukraynalılar RKG-1600-dən əlavə VOG-17 qumbaraatanlarından da istifadə edirlər. Digər tərəfdən, ukraynalılar 3D printerlər vasitəsilə VOG-17-lərə quyruqlar və daha bir neçə hissə əlavə edir və sabitləşməni təmin edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin