Ukrayna ordusunun 200-dən çox hərbçisi M777 haubitsalarından istifadə etmək üçün təlim keçib

2022/05/16511-1651907618.jpg
Oxunub: 872     11:12     07 May 2022    
200-dən çox ukraynalı hərbçi Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən M777 haubitsalarının istifadəsi üzrə hazırlıq təlimlərini başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN Pentaqonun sözçüsü Con Kirbiyə istinadən məlumat yayıb.

Hazırda 150-dən çox Ukrayna əsgəri müvafiq təlimlərdə iştirak edir.

Kirbi bundan əvvəl bildirib ki, ABŞ hərbçiləri Ukraynadan kənarda ukraynalı əsgərlər üçün peşəkar təlim keçir. Ukraynanın 15 hərbi qulluqçusu Q-64 mobil hava hücumundan müdafiə radar sistemlərinin istifadəsi üzrə təlimləri, 60-ı M-113 zirehli transportyorlarının istifadəsi üzrə təlimləri başa vurub və daha 50-yə yaxın şəxs isə hazırda təlimlərdədir.

Ukrayna ABŞ, Kanada və Avstraliyadan 155 mm-lik M777, Böyük Britaniyadan AS90 artilleriya qurğuları və Almaniyadan “Gepard” zenit sistemləri alıb.

Mayın 3-də Kirbi bildirib ki, planlaşdırılan haubitsaların əksəriyyəti artıq Ukraynaya çatdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   M777   Ukrayna  


Bizi "telegram"da izləyin