Britaniya kəşfiyyatı: Ukraynadakı müharibə Rusiyanın ən bacarıqlı bölmələrinə ağır zərbə vurub

2022/05/41_20-1651660051.jpg
Oxunub: 464     10:09     07 May 2022    
“Döyüşlərdə Rusiyanın ən müasir döyüş qurğularından olan ən azı 1 T-90M tankı məhv edilib”.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafi Nazirliyinin tviter hesabındakı kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, həmin tank modeli təkmilləşdirilmiş zireh və peyk naviqasiya xidmətinə malikdir.

“Ümumiyyətlə, Ukraynadakı müharibə Rusiyanın ən bacarıqlı bölmələrinə ağır zərbə vurub. Bundan sonra Rusiyanın əvvəlki imkanlarının bərpası xeyli vaxt və xərc tələb edəcək”, - deyə məlumatda qeyd olunub.

Əlavə olunub ki, hazırda təxminən 100 T90M tankı Rusiya ordusunun Ukraynada da döyüşən ən yaxşı təchizata malik bölmələrinin xidmətindədir.

Tankın inkişaf etdirilmiş zirehi tank əleyhinə silahlara dözümünün artırılması məqsədi ilə dizayn edilsə də digər güc elementləri ilə dəstəklənmədiyi təqdirdə hələ də müdafiəsiz qalır.

"Ukraynadakı münaqişə Rusiyanın bəzi ən bacarıqlı bölmələrinə və ən qabaqcıl imkanlarına ağır zərbə vurur. Bu münaqişədən sonra Rusiyanın silahlı qüvvələrini yenidən formalaşdırması üçün xeyli vaxt və xərc tələb olunacaq. Rusiyanın kritik mikroelektronik komponentlərə çıxışını məhdudlaşdıran sanksiyalar səbəbilə xüsusilə də modernləşdirilmiş və qabaqcıl vasitələrin əvəzlənməsi çətin olacaq", - deyə məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin