Şimali Koreya ballistik raketin sınaqlarını həyata keçirib

2022/01/e532e-1641446398.jpg
Oxunub: 338     10:05     07 May 2022    
Şimali Koreya bu gün səhər saatlarında növbəti dəfə ballistik raketin sınaqlarını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın sahil mühafizə xidməti bildirib.

Qeyd olunur ki, raketin Yapon dənizi istiqamətində buraxıldığı ehtimal edilir. Hazırda raketin düşmə nöqtəsi ilə bağlı dəqiqləşdirmə aparılır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya bu ilin əvvəlindən10-dan çox raket buraxılışı, o cümlədən qitələrarası ballistik raket sınağı həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya  


Bizi "telegram"da izləyin