Estoniya Ukraynaya indiyədək 230 milyon avroluq hərbi yardım edib

2022/01/630_3-1642051282.jpg
Oxunub: 489     17:16     06 May 2022    
Estoniya Rusiyanın hərbi müdaxiləsi başlayandan Ukraynaya 230 milyon avroluq silah-sursat tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Dövlət Müdafiə İnvestisiyası Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar mayın 6-da bildirib.

O, Estoniyanın Ukraynaya silah-sursat, o cümlədən minaatan, tankəleyhinə qumbaraatan, tankəleyhinə idarəetmə sistemi, təkərli zirehli texnika, eləcə də hərbçilər üçün çoxlu sayda avadanlıq tədarük edib.

Mərkəz rəhbərinin sözlərinə görə, Estoniya Ukraynaya yardım etmək və onu istənilən yolla dəstəkləmək üçün əlavə imkanlar axtarır: “Biz Ukraynanı səhiyyə sahəsində xidmətlərdə olduğu kimi təhsildə də dəstəkləməyə hazırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ukrayna  


Bizi "telegram"da izləyin