Filippin Cənubi Koreyadan patrul katerləri alacaq

2022/05/HDP15-1651834992.jpg
Oxunub: 573     15:54     07 May 2022    
Filippin Cənubi Koreyanın “Hyundai Heavy Industries” (HHI) şirkətindən 6 ədəd patrul kateri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Phillippin Canadian Inquirer” (PCI) xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Cənubi Koreya firması Türkiyə şirkətinin də iştirak etdiyi tenderdə qalib gəlib.

Filippinin müdafiə naziri Delfin Lorenzana sistemlərin oxşar olmasının Cənubi Koreyanın seçilməsində mühüm amil olduğunu vurğulayıb. 6 Dəniz Patrul Gəmisinə dair müqavilənin may və ya iyun aylarında imzalanması gözlənilir. Satın alınacaq katerlər İkinci Dünya Müharibəsi illərində patrul vəzifələri üçün istifadə edilən platformaları əvəz edəcək.

Tenderdə Türkiyədən ASFAT şirkəti də iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Koreya  


Bizi "telegram"da izləyin