Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
Nəşrin məlumatına görə, mayın 4-də müxalifət deputatları parlamentin iclasında Nikol Paşinyanın istefası ilə bağlı ictimai tələbi yayımlayıblar, bundan sonra hakim fraksiyanın üzvü olan deputatlar hökumətə ünvanlanan sualları çıxarıblar və iclas başa çatıb.
“Ancaq Paşinyan parlament binasını dərhal tərk etməyə tələsməyib, halbuki o, ürəyində qorxu saxlayaraq ora bir neçə min polis, snayper və zirehli texnikanın müşayiəti ilə getmişdi. Parlamentdəki mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan binadan çıxmazdan əvvəl polislə qapalı müzakirə aparıb, bu zaman o, açıq-aşkar əsəbi olub və aksiyaların davam edəcəyi təqdirdə istefa verə biləcəyini istisna etməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az