Ordu.az xəbər verir ki, bunu ABŞ-da nəşr olunan "California Courier" qəzetinin baş redaktoru Harut Sasunyan deyib.
Onun sözlərinə görə, ABŞ o qədər böyük məsələlərlə məşğuldur ki, real addımlara getməyəcək.
"Xüsusən də Ukrayna məsələsinin olduğu bu günlərdə hətta Blinkenin Mirzoyanla görüşməyə vaxtının olması məni təəccübləndirir. ABŞ-la Ermənistan arasında müəyyən əlaqələrin olmasının yeganə səbəbi Amerika erməniləridir", - deyə Sasunyan qeyd edib.
Sasunyan bildirib ki, erməni diasporu olmasaydı, ABŞ-ın Ermənistanla məşğul olmaq üçün heç bir səbəbi olmazdı.
O əlavə edib ki, Tramp 4 il prezident olmuşdu, xəritə üzərində Ermənistanın yerini bilmirdi.
Alpər Mövludoğlu
Ordu.az