“11 gün əvvəl Mehri ərazisində dəhlizin tikintisinə başlanılıb”

2020/06/44-1592036113.jpg
Oxunub: 1284     20:43     05 May 2022    
"Təkrar edim, 11 gün əvvəl Ermənistan əhalisinin ödədiyi vergilərlə Mehri ərazisində türk dəhlizinin tikintisinə başlanılıb".

Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində erməni politoloq Edqar Elbakyan yazıb.

"Bu, kollaborasionistlərin 2021-ci ilin fevralında Baş Qərargah hadisələri zamanı onları hakimiyyətdə saxlamaq müqabilində türklərə ödədikləri hərbi cərimədir. İndi mübarizəyə qalxmamaq Ermənistanın bu rüsvayçılığına, məhvinə razı olmaq deməkdir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mehri   Dəhliz  


Bizi "telegram"da izləyin