30-dan çox səfirlik Kiyevdə fəaliyyətini bərpa edib

2022/02/34543-1645958376.jpg
Oxunub: 342     03:46     04 May 2022    
Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib.

Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür.

Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli Qvardiya obyektlərin mühafizəsi və müdafiəsi sxeminə yenidən baxıb, şəxsi heyət uzaqmənzilli, həmçinin tank əleyhinə silahlarla gücləndirilib.

Qeyd edək ki, Türkiyə, Macarıstan, Danimarka, Cənubi Koreya, Niderland, Böyük Britaniya, Avstriya, İspaniya, İtaliya, Litva, Sloveniya və digər ölkələrin səfirliklərinin fəaliyyətlərini bərpa etdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kiyev  


Bizi "telegram"da izləyin