Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri məlumat yayıb.
600 milyon dollar dəyərində olan müqaviləyə 20 reaktiv təlim təyyarəsi daxildir. Təyyarə həm hava-hava və həm də hava-yer qabiliyyətinə malik olacaq.
Qeyd edilib ki, KAI ilə tenderdə İtaliyanın “Leonardo” şirkəti M-346 təkmil reaktiv təlim təyyarəsi ilə yarışıb.
Yeni təyyarə Kolumbiyanın “Cessna A-37B Dragonfly” yüngül hücum təyyarələrini əvəz edəcək. Bu təyyarələr həm partizanlarla mübarizədə, həm də taktiki təlim təyyarəsi kimi istifadə olunurdu.
Cənubi Koreyadan alınacaq yeni təyyarələr də tədricən Kolumbiyanın əsas döyüş təyyarələri olan İsrail istehsalı, köhnə “Kfir” döyüş təyyarələrini əvəz edəcək. Kfirlərin 2023-cü ildən inventardan çıxarılmasına başlanacağı gözlənilir.
Kfir təyyarələrində son dərəcə təkmil İsrail sistemləri istifadə olunur. Təyyarələr “Elta” şirkətinin ELM-052 radarları və “hava-hava” tipli raketləri ilə təchiz olunub. Bu xüsusiyyətləri ilə Kolumbiya “Kfir”ləri Cənubi Amerikanın ən üstün döyüş təyyarələrindən biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az