Almaniya 5 milyard dollarlıq CH-47F “Chinook” helikopteri alıb

2022/02/24PAP-1644919724.jpg
Oxunub: 696     16:24     03 May 2022    
Almaniya “Boeing” şirkətindən 60 ədəd CH-47F “Chinook” ağır nəqliyyat helikopterləri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Müqavilənin dəyərinin 5 milyard avro dəyərində olduğu bildirilir. Bu kontekstdə alınacaq helikopterlər Rusiya-Ukrayna müharibəsindən sonra baş nazir Olaf Şolz tərəfindən elan edilən və ordu üçün nəzərdə tutulan 100 milyard avroluq “xüsusi fond” hesabına maliyyələşdiriləcək.

Helikopterlərin 2025-2026-cı illər arasında təhvil veriləcəyi və 50 ilə yaxındır xidmətdə olan “Sikorsky” şirkətinin istehsalı olan CH-53G ağır nəqliyyat helikopterlərini əvəz edəcəyi bildirilir. Bu çərçivədə müdafiə naziri Kristin Lambrextin gələn həftə qərarla bağlı parlamentə məlumat verəcəyi açıqlanıb.

Almaniyanın “Bild” qəzeti yazır ki, CH-47F “Chinook” ağır nəqliyyat helikopteri həm münasib qiymətə malikdir, həm də bir çox NATO müttəfiqləri tərəfindən istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ   Chinook  


Bizi "telegram"da izləyin