Qərbin Qafqazla bağlı strategiyası vahid deyil? – Blinkenin bəyanatı diqqətçəkicidir

2019/12/ICG-1575617066.jpg
Oxunub: 2988     15:02     29 Aprel 2022    
“ABŞ Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsinin uzunmüddətli həllinə sadiqdir”.

Bunu ABŞ dövlət katibi Blinken Konqresdə çıxış edərək bildirib və əlavə edib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün çalışır.

Blinken həmçinin bəyan edib ki, birtərəfli hərəkətlər qəbuledilməzdir və onun fikrincə, bu, vəziyyəti gərginləşdirir.

Onun bu sözləri ABŞ diplomatlarının Bakıda görüşlər keçirdiyi ərəfədə verilib.

ABŞ-ın üç Qafqaz ölkəsindəki səfirləri, eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Katibinin Qafqaz üzrə baş məsləhətçi Endryu Şaffer və digər diplomatlar aprelin 27-28-də Bakıda bir araya gəliblər. Bundan əvvəl belə görüş İrəvanda baş tutub. Qeyd edək ki, 2021-ci ilin noyabr ayının əvvəlində ABŞ-ın İrəvandakı diplomatik görüşü zamanı baş vermiş müəyyən diplomatik fəaliyyətdən sonra Erika Olsenin regiona səfəri çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Parisdə görüşü keçirilib. Həmin görüşdən sonra Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşdi.

İndi region ABŞ, Fransa, Rusiya və Avropa İttifaqı Şurasının prezidenti Mişelin Ermənistan-Azərbaycan sülh danışıqlarına çalışdığı fəal diplomatik hərəkatlar mərhələsindədir. Bu təşəbbüslərin nə dərəcədə əlaqələndirildiyini demək çətindir. Qərb diplomatik oyunu çətinləşdirməyə və bununla da Rusiyanın rolunun azaldılmasında çevikliyini artırmağa çalışır, yoxsa problemlər daha müxtəlifdir, bəlkə Qərbin Qafqazla bağlı strategiyası da vahid deyil? Hadisənin çoxşaxəli olmasını və lazımi miqdarda məlumatın olmadığını nəzərə alsaq, bu məsələlərlə bağlı dəqiq qiymət vermək praktiki olaraq mümkün deyil.

Diplomatik “yürüş” iştirakçıları bir-birinə müdaxilə edir? Əgər edirsə, bu, yaxın gələcəkdə dalana səbəb ola bilərmi, yoxsa konstruktiv mənada “rəqabət” gərginliyin azalmasına töhfə verəcək?

Ukraynada davam edən müharibədən və onun indi yeni mərhələyə qədəm qoymuş hərbi-siyasi kontekstində bu suallara cavab tapmaq lazımdır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qafqaz  


Bizi "telegram"da izləyin