Erməni hərbi qulluqçunun atası: “Oktyabrın 4-də, 5-də, 6-da bu müharibənin nəticəsi artıq bəlli idi”

2022/04/atase-1651142142.jpg
Oxunub: 1292     16:57     28 Aprel 2022    
“Oğlum Jora Sahakyan Ağdərədə xidmət edirdi, lakin müharibə zamanı onları Xocavəndə köçürdülər və orada oktyabrın 30-da 19 döyüş yoldaşı ilə birlikdə öldü”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi qulluqçuların yaxınlarının Ermənistan Baş Prokurorluğu qarşısında təşkil etdiyi etiraz aksiyası zamanı məhv edilmiş erməni hərbi qulluqçu Jora Sahakyanın atası Vahe Sahakyan deyib.

Onun sözlərinə görə, oktyabrın 27-də və 28-də Ermənistan ordusunda çoxlu sayda canlı itkilər olub, məhv edilənlər arasında bölük komandiri də olub.

“Oğlanlarımız komandirsiz qalıb. Komandir öldürülənə qədər heç bir əsgər ölmədi. Demək olar ki, əsas qırğın komandirin ölümündən sonra başlayıb. Oğlanlar komandirsiz qaldı, sonuncu əsgər oktyabrın 30-da öldürüldü”, - deyə Sahakyan qeyd edib.

Məhv edilmiş erməni qulluqçunun atası vurğulayıb ki, 1,5 ildir günahkar axtarırlar, lakin bütün bunlarda konkret şəxsin günahkar olduğunu deyən yoxdur.

“Biz bu gün bəyanatımıza cavab almaq üçün Baş Prokurorluqdayıq. Nikol Paşinyan deputatlara deyirdi ki, mən sizə demişdim ki, müharibəni dayandıra bilərəm, siz yox dediniz. İndi mən öz sualımı Paşinyana verirəm. Əgər o, baş komandan idisə, o zaman kimin fikrini soruşmaq istəyirdi? Mən həmişə demişəm ki, oktyabrın 4-də, 5-də, 6-da bu müharibənin nəticəsi artıq bəlli idi, çünki müharibə zamanı baş verənlərin hamısının şahidi olmuşam. Mütəşəkkil deyildilər, ona görə də çıxış yolu bəlli idi”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin