Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dəniz İnstitutunun xəbər saytı (USNI) məlumat yayıb.
USNI-nin peyk fotoşəkillərinə əsaslanan xüsusi xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələri Sevastopoldakı dəniz bazasını qorumaq üçün limanın girişinə iki təlim keçmiş delfin yerləşdirib. Qeyd edilib ki, işğalın başladığı fevral ayından bölgədə delfinlər görünməyə başlayıb.
Sevastopol Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazasıdır. Delfinlərin vəzifəsi ukraynalı dalğıcların limana sızmasının və təxribat hücumlarının qarşısını almaqdır. Delfinlərin bu vəzifədə istifadə edilməsi ilk deyil. Bir çox ölkələr delfinləri öyrədir və onlardan müxtəlif dəniz vəzifələri üçün istifadə edirlər.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı gəmilərinin əksəriyyəti Ukraynanın inventarındakı raketlərin əhatə dairəsindən kənardadır, lakin bu gəmilər dənizin altından istənilən təxribat hücumuna qarşı həssasdır. Soyuq Müharibədən bəri sovetlər də daxil olmaqla müxtəlif tərəflər tərəfindən delfinlərin bu cür işlərə öyrədildiyi məlum bir həqiqətdir.
Rusiya şimal donanması isə öz vəzifə sahəsində digər dəniz məməlilərini öyrədir və istifadə edir. Bu bölgədə istifadə edilən məməlilər arasında ağ balinalar və suitilər var. 2019-cu ilin aprelində Norveç sahillərində Rusiya tərəfindən öyrədilmiş ağ balina tutuldu. “Beluqa”nın Rusiya Hərbi Dəniz Qüvvələri proqramını tərk etdiyi güman edilirdi.
2018-ci ildə Qara dəniz donanmasına aid delfinlər bir neçə ay müddətinə Rusiyanın Suriya/Tartusdakı hərbi dəniz bazasına göndərilib.
Müxtəlif vəzifələrdə dəniz heyvanlarından istifadə etdiyi aşkar edilən ölkələr bunlardır: ABŞ, Rusiya, Şimali Koreya və İsrail.
Sevinc Əliyeva
Ordu.az